Azercell-in dəstəyilə “YAŞAT” Fondu şəhid övladları üçün II İntellektual Marafonunu təşkil edib

Zəfər Gününün 5-ci ildönümü münasibətilə 50-yə yaxın şəhid övladı Qubada təlimlərə qatıldı

1–3 noyabr 2025-ci il tarixlərində “YAŞAT” Fondunun təşkilatçılığı və “Azercell Telekom” MMC-nin dəstəyi ilə Quba şəhərində şəhid övladları üçün 2-ci İntellektual Marafon keçirilib.

Vətən müharibəsində qazanılan Zəfərin beş illiyinə həsr olunan bu təşəbbüs 16–23 yaş aralığındakı 50-yə yaxın şəhid övladını bir araya gətirib. Marafonun əsas məqsədi gənclərin intellektual və sosial bacarıqlarının inkişafına töhfə vermək, eləcə də  onların arasında bilik  və təcrübə mübadiləsini təşviq etmək olub.

Marafon çərçivəsində Azercell kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlim sessiyası keçirib. Şirkətin mütəxəssisləri gənclərlə rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, fərdi məlumatların qorunması və onlayn təhdidlərdən müdafiə yolları barədə biliklərini bölüşüblər. Bu təşəbbüs Azercell-in gənclər arasında rəqəmsal savadlılığın artırılması və təhlükəsiz internet mühitinin formalaşdırılması istiqamətində həyata keçirdiyi silsilə sosial layihələrin davamı olub. Marafon müddətində müxtəlif intellektual oyunlar, bilik yarışları və əyləncə proqramları

Əlaqədar məqalələr
Elm / Texnologiya

“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib

“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib AZCON…
►►►
Elm / Texnologiya

Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir

Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir Mobil operator…
►►►
Elm / Texnologiya

Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib “Startap” şəhadətnaməsi…
►►►