“Qarabağ İlmələrdə” sosial layihəsi çərçivəsində toxunan  “Çələbi”  xalçası Şuşa Xalça muzeyinə təhvil verildi

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini simvolizə edən “Qarabağ İlmələrdə” sosial layihəsi çərçivəsində toxunan Qarabağ “Çələbi” xalçası Zəfərimizin 5-ci ildönümü ərəfəsində işğaldan azad edilən ərazilərə aparılaraq, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına təhvil verilib. 

 “Qarabağ İlmələrdə” layihəsi Vətən müharibəsində qazanılan qələbədə hər bir Azərbaycanlının zəhmətini, birlik və bərabərliyini simvolizə edir.

Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin təşəbbüsü, “Təmiz Şəhər” ASC, “Azərxalça” ASC və  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində paralel olaraq “Qarabağ İlmələrdə” sənədli filmi hazırlanıb və xalçanın toxunması prosesi əvvəldən axıra filmdə əks olunub.

Qeyd edək ki, Şuşada muzeyinin eksponatı olaraq ziyarətçilərə təqdim ediləcək xalçanın dəzgahı xüsusi avtomobillə 44 gün ərzində ölkəmizin müxtəlif bölgələrinə daşınaraq minlərlə insanın iştirakı ilə ilmə-ilmə toxunub. İlk ilmələri müharibə iştirakçıları tərəfindən atılan xalçaya 44 gün sonra sonuncu ilmələr Şuşada vurulub.  Üzərində zəfərimizin nişanəsi olan Xarı bülbülün əks olunduğu xalçanın kəsimi şəhid ailələrinin iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, layihə çərçivəsində toxunan Qarabağ “Çələbi”  xalçası həm də Şuşa işğaldan azad olunduqdan sonra burada toxunan ilk Qarabağ xalçası olub. 

Əlaqədar məqalələr
City Life

“Nar”ın “Çoox Şanslı” lotereyasında 7-ci avtomobil uduldu

“Nar”ın “Çoox Şanslı” lotereyasında 7-ci avtomobil uduldu Sərfəli mobil operator…
►►►
City Life

“CineMastercard” kinoteatrında “Bugün Güzel” filminin Qala gecəsi baş tutub

“CineMastercard” kinoteatrında “Bugün Güzel” filminin Qala gecəsi baş tutub Bakı…
►►►
City Life

Qazaxıstanın ilk müstəqil orkestri olan NE PROSTO ORCHESTRA

Qazaxıstanın ilk müstəqil orkestri olan NE PROSTO ORCHESTRA Azərbaycanda ilk dəfə!
►►►