Bakıda ilk dəfə “Muhteşem Yüzyıl”ın ulduzu Mustafa “Aşk Tesadüfləri Sever 3” filmini CineMastercard-da təqdim edəcək
Türkiyənin tanınmış aktyoru Mehmet Günsür ilk dəfə Bakıya gəlir. O, tamaşaçılara məşhur “Muhteşem Yüzyıl” serialında Sultan Süleyman və Hürrəm Sultanın oğlu Şahzadə Mustafa obrazı ilə tanınmışdır.
Romantik “Aşk Tesadüfleri Sever 3” filminin Qala gecəsi 19:00-da “CineMastercard”-ın Deniz Mall Ticarət Mərkəzində yerləşən kinoteatrında keçiriləcək. Gecənin xüsusi məqamı filmin baş rol ifaçılarının və yaradıcı heyətinin Bakı tamaşaçıları ilə görüşü olacaq. Onlar filmi şəxsən təqdim edəcəklər.
Biletlər artıq satışdadır!

Mehmet Günsürlə birlikdə filmin quruluşçu rejissoru Ömər Faruk Sorak, rejissor İpək Sorak, eləcə də “Muhteşem Yüzyıl” serialında Şahzadə Mustafanın yaxın silahdaşı Taşlıcalı Yahya bəy obrazını canlandıran aktyor Serkan Altunorak da paytaxtımıza gələcəklər.
“Aşk Tesadüfleri Sever 3” filmi artıq eksklüziv olaraq “CineMastercard” kinoteatrlarında nümayiş olunur. Qala-gecəsi tamaşaçılara filmi böyük ekranda izləmək, sevimli aktyorlarla şəxsən görüşmək, ekran əsərinin ərsəyə gəlməsi haqqında daha ətraflı məlumat əldə etmək və bu özəl gecənin atmosferini yaradıcı heyətlə birlikdə yaşamaq imkanı yaradacaq.








