Azərbaycanın BMT-Turizmin İcraiyyə Şurasına üzvlüyü təsdiq olunub

7-11 noyabrda Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən BMT-Turizmin İcraiyyə Şurasının 124-cü və 125-ci sessiyalarında Azərbaycanın İcraiyyə Şurasına üzvlüyü təsdiq olunub.

Azərbaycan nümayəndə heyəti, həmçinin təşkilatın Baş Assambleyasının 26-sı sessiyasında iştirak edib. 

Baş Assambleya iclası çərçivəsində  Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Braziliyanın Turizm Nazirliyinin dövlət katibi Ana Karla Maçado Lopes arasında görüş keçirilib. Görüş zamanı “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə və Braziliya Federativ Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu” imzalanıb. 

Fuad Nağıyevlə Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat və turizm naziri Abdulla bin Touq Al Marri arasında keçirilən görüş çərçivəsində isə turizm sahəsində ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub. 

Qeyd edək ki, BMT-Turizmin Baş Assambleyasının 26-cı sessiyasında təşkilatın yeni Baş katibi xanım Şaixa Əl Novais təsdiq olunub.

Əlaqədar məqalələr
Turizm

Turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub

Turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil…
►►►
Turizm

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil…
►►►
Turizm

Azərbaycanla Yunanıstan arasında turizm....

Azərbaycanla Yunanıstan arasında turizm əlaqələrinin genişləndirilməsi perspektivləri…
►►►