Unibank şəhid ailələri ilə bağlı daha bir tədbirə dəstək olub

Unibank KB Zəfərimizin 5-ci ildönümü ilə bağlı şəhid ailələrinə dəstək məqsədi ilə keçirilən tədbirə dəstək olub. Şəhid ailələrinin psixoloji rifahının və sosial dayanıqlığının gücləndirilməsinə yönəlmiş “Zəfər ruhu: Şəhid ailələri üçün həmrəylik və psixososial dəstək proqramı” 8 oktyabr – 8 noyabr tarixlərini əhatə edib.

Layihə Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi tərəfindən Unibank KB ASC-nin dəstəyi ilə həyata keçirilib. Bir aylıq proqram müddətində şəhidlərin həyat yoldaşları və övladları ilə fərdi psixoloji seanslar və qrup terapiyaları keçirilib.
Layihə çərçivəsində şəhid ailələri ziyarət olunub, onların mənəvi rifahını dəstəkləməyə yönəlmiş terapiya və meditasiya seansları təşkil edilib. Proqram “Zəfər ruhu” adlı tədbirlə yekunlaşıb. Şəhid ailələrinə bankın adından xatirə hədiyyələri təqdim edilib

Qeyd edək ki, şəhid və qazi ailələrinə dəstək “Unibank”ın korporativ sosial siyasətinin əsas istiqamətlərindən biridir və bu istiqamətdə davamlı layihələr həyata keçirilir.

Unibank – Sənin Bankın!

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►