Belarusiyanın turizm sənayesi üçün tanışlıq səfəri təşkil edilib

7-13 noyabr tarixlərində Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən Belarusiyadan olan 10 aparıcı turizm şirkətinin nümayəndələri üçün tanışlıq səfəri təşkil edilib.

İştirakçılar Azərbaycanın qış turizm imkanları ilə, o cümlədən “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksində təqdim olunan xidmətlərlə tanış olublar, Qusar və Qəbələ ilə yanaşı, İsmayıllı və Quba bölgələrinə səfər ediblər.

Tanışlıq səfəri çərçivəsində, həmçinin yeni tərəfdaşlıqlar qurmaq və Azərbaycanı cəlbedici turizm destinasiyası kimi tanıtmaq məqsədilə 40-dan çox yerli turizm sənayesi nümayəndəsi ilə Belarusiyanın turizm şirkətləri arasında B2B görüşlər keçirilib.

Qeyd edək ki, 2025-ci ilin 10 ayı ərzində Belarusiyadan Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 3% faiz artımla 23 229 ziyarətçi gəlib.

Əlaqədar məqalələr
Turizm

Azərbaycanın BMT-Turizmin İcraiyyə Şurasına üzvlüyü təsdiq olunub

Azərbaycanın BMT-Turizmin İcraiyyə Şurasına üzvlüyü təsdiq olunub 7-11 noyabrda…
►►►
Turizm

Azərbaycanın turizm imkanları Pakistanda tanıdılıb

Azərbaycanın turizm imkanları Pakistanda tanıdılıb Dövlət Turizm Agentliyinin…
►►►
Turizm

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub Oktyabrın 31-də…
►►►