“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir

Sərfəli xidmətləri və regionlara diqqəti ilə seçilən mobil operator “Nar” bu dəfə Azərbaycanın cənub bölgəsində sosial məsuliyyət layihəsi həyata keçirdi. Belə ki, “Nar”ın dəstəyi ilə Salyan rayonunun İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbində “Kitab dostu” guşəsi yaradılıb.

“Nar” “Kitab dostu” guşəsinə şagirdlərin mütaliə bacarıqlarını inkişaf etdirəcək 100-dən çox kitab hədiyyə edib. Seçilmiş kitablar məktəblilərin həm təhsil uğurları, həm də şəxsi inkişafları üçün xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, “Kitab dostu” guşəsini ziyarət etmək məqsədilə mobil operatorun nümayəndələri Sarvan kənd məktəbinin qonağı olublar, məktəbin müəllim heyətinin təşkil etdiyi tədbirdə iştirak edərək istedadlı şagirlərin ifasında vətənpərvərlik mövzusunda tamaşalar izləyiblər.

Bu təşəbbüs “Nar”ın Salyan şəhərində yeni mağazasının açılışı ilə yanaşı həyata keçirilib və şirkətin hər bir regional genişlənməni faydalı sosial layihələrlə müşayiət etmək ənənəsinin növbəti örnəyidir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Həyəcan təbili: təcavüzkarlar süni intellektdən istifadə....

Həyəcan təbili: təcavüzkarlar süni intellektdən istifadə edərək saxta veb-saytlar yaradır…
►►►
Elm / Texnologiya

“SİMA İmza”nın yeni QR paylaşım funksiyası istifadəyə verildi

“SİMA İmza”nın yeni QR paylaşım funksiyası istifadəyə verildi SİMA yeni nəsil…
►►►
Elm / Texnologiya

ABB-nin dəstəyi ilə Agile sammiti....

ABB-nin dəstəyi ilə Agile sammiti – süni intellekt və data təcrübəsi…
►►►