Xalq artisti Tünzalə Ağayevanın mahnısı Özbəkistan səhnəsində

Özbəkistanın məşhur “Artist” musiqi yarışmasında Azərbaycan mahnısı təqdim olunub. 

Rockvell xəbər verir ki, Tünzalə Ağayevanın “Sənsiz” mahnısını gənc ifaçı Navruza Mahamadjonova səhnədə ifa edib.

Mahnı Zo’r TV kanalında yayımlanan verilişdə tamaşaçılardan və münsiflərdən böyük maraq görüb. Onun melodik zənginliyi və dərin sözləri izləyicilər tərəfindən yüksək qiymətləndirilib.

Bu təqdimat Azərbaycan musiqisinin region səhnələrində də uğur qazandığını göstərir. Qeyd edək ki, əsərin musiqisi Xalq artisti Tünzalə Ağayevaya, sözləri isə Mirvarid Dilbaziyə aiddir.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Made in Italy: Zərgərlik Sənətinin Qəlbinə Səyahət

Made in Italy zərgərlik sənayesinin mükəmməlliyini kəşf edirik: azərbaycanlı jurnalistlər…
►►►
İncəsənət / Dəb

ELF Studio

ELF Studio ELF Studio— профессиональный салон красоты в…
►►►