Honkonq Ticarətin İnkişafı Şurasının nümayəndəsi AZPROMO-da olub

Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq perspektivləri müzakirə edilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Honkonq Ticarətin İnkişafı Şurasının Avropa, Mərkəzi Asiya və İsrail üzrə regional direktoru Kris Lo ilə görüş keçirilib.

Görüş zamanı AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Agentliyin fəaliyyət istiqamətləri, ixracın və investisiyaların təşviqi mexanizmləri, eləcə də “Made in Azerbaijan” brendinin tanıdılması məqsədilə həyata keçirilən ixracın stimullaşdırılması tədbirləri barədə məlumat verib.

Öz növbəsində Kris Lo təmsil etdiyi qurumun fəaliyyəti, qarşılıqlı ticarət və investisiya platforması kimi rolu və beynəlxalq biznes əlaqələrinin qurulmasında strateji mövqeyi barədə danışıb, ticarət sahəsində tərəfdaşlığın gücləndirilməsi üçün Azərbaycanı Honkonqda keçiriləcək beynəlxalq sərgilərdə iştirak etməyə dəvət edib, qarşılıqlı investisiya missiyalarının təşkili və birgə tədbirlərin keçirilməsi təklifini irəli sürüb.

Görüşdə həmçinin metallurgiya, məlumatların tədqiqatı, şərabçılıq, qida sənayesi, texnologiya, logistika və istehsalat kimi sahələr üzrə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı 

Unibank birinci rübün maliyyə nəticələrini açıqladı Unibank KB 2026-cı ilin birinci…
►►►
İqtisadiyyat / Biznes

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır

AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır Mikro, kiçik və…
►►►
İqtisadiyyat / Biznes

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol Birbank Invest istifadəçilərinə yeni investisiya…
►►►