Yanvar-oktyabr aylarında Aİ ölkələri ilə ticarət dövriyyəsi 17 milyard dolları üstələyib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin müvafiq dövrünə nisbətdə 5,2 faiz artaraq 17,3 milyard dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Aİ ölkələrinə ixrac: 15 milyard dollar (+5,9 faiz)

Aİ ölkələrindən Azərbaycana idxal: 2,3 milyard dollar (+0,4 faiz)

Cari ilin ilk 10 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Aİ ölkələri ilə ticarətin payı 42,52 faiz təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 0,56 faiz bəndi çoxdur.

Mənbə: Dövlət Gömrük Komitəsi

Əlaqədar məqalələr
ROCKVELL BUSINESS

Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası

Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası 8 Noyabr – Zəfər Günü…
►►►
ROCKVELL BUSINESS

Ətriyyat-kosmetika məhsulları, sintetik yuyucu vasitələr və tütün məmulatlarına dair reqlament ...

Ətriyyat-kosmetika məhsulları, sintetik yuyucu vasitələr və tütün məmulatlarına dair…
►►►
ROCKVELL BUSINESS

Azərbaycanda II Milli Rəqabət Forumu keçirilib

Azərbaycanda II Milli Rəqabət Forumu keçirilib Azərbaycan Respublikasının Prezidenti…
►►►