Büdcə gəlirlərinin təsnifatı kodları yenilənib

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmrinə əsasən, 1 may 2025-ci ildən etibarən rayon (şəhər) maliyyə idarələri ləğv edilərək yeni regional maliyyə idarələri yaradılıb.

Vergi ödəyicilərinin diqqətinə çatdırılır ki, dövlət büdcəsinə vergi, rüsum və digər ödənişlərin köçürülməsi zamanı istifadə olunan xəzinə hesabları əvvəlki kimi qalır. Ödəniş zamanı qeyd olunan rayon (şəhər) üzrə maliyyə idarələrinin VÖEN məlumatları isə yenilənib və ərazi vergi orqanlarının VÖEN-ləri tətbiq edilir.
Büdcə ödənişlərinin düzgün emalı məqsədilə vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar, eləcə də büdcə gəlirlərinin təsnifatı kodları yenilənərək sistemdə müvafiq dəyişikliklər aparılıb. Dəyişdirilmiş rekvizitlər və büdcə təsnifat kodları barədə məlumatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/page/budce-rekvizitleri-barede-melumatin-verilmesi