ADY və İran Dəmir Yolları əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov İran İslam Respublikası Dəmir Yollarının rəhbəri Cabbar Əli Zakeri ilə görüşüb.

Görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən Astara Terminalının inkişafı, Azərbaycan, Rusiya və İran arasında üçtərəfli münasibətlərin genişləndirilməsi müzakirə edilib.

Qeyd olunub ki, Şimal-Cənub dəhlizi üzrə görülən işlər bu strateji marşrutun mühüm halqalarından olan Azərbaycanın ticarət axınlarını birləşdirən strateji arteriya kimi mövqeyini gücləndirir.

ADY sədri bildirib ki, Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsinin mühüm seqmenti olan Sumqayıt–Yalama dəmir yolu xəttinin yenidən qurulması ilin sonunadək başa çatdırılacaq. Həmçinin ADY tərəfindən İran ərazisində Astara Terminalının tikintisi 2026-cı ilin 1-ci rübündə tamamlanması planlaşdırılır.

Astara Terminalının layihələndirmə işlərinin 94%-i, tikinti-quraşdırma işlərinin isə təqribən 82%-i yekunlaşıb. Gələn il tam gücü ilə işə düşəcək terminal Şimal-Cənub nəqliyyat bağlantısı üzrə yük həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

AZAL və İordaniya nümayəndə heyəti mülki aviasiya....

AZAL və İordaniya nümayəndə heyəti mülki aviasiya sahəsində əməkdaşlığın…
►►►
Nəqliyyat / Logistika

Şimal-Cənub dəhlizinin inkişafı üzrə Memorandum imzalanıb

Şimal-Cənub dəhlizinin inkişafı üzrə Memorandum imzalanıb 25 noyabrda Bakıda “AZCON…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan və Qazaxıstan dəmir yolu sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Qazaxıstan dəmir yolu sahəsində əməkdaşlığı genişləndirir 25 noyabr…
►►►