Buray Bakıda möhtəşəm konsert proqramı ilə çıxış etdi

Event Office-in təşkilatçılığı ilə məşhur türk müğənnisi Buray Bakıda möhtəşəm konsert proqramı ilə səhnəyə çıxaraq paytaxt sakinlərinə unudulmaz bir musiqi gecəsi yaşadıb.

Heydər Əliyev Sarayında baş tutan konsertə böyük maraq göstərilib.

Sənətçi gecə boyunca fərqli üslubları bir araya gətirən, enerjili və duyğulu ifaları ilə tamaşaçıların qəlbini fəth edib. Onun səhnə performansı, dinamikliyi və auditoriya ilə qurduğu səmimi ünsiyyət konsertin ab-havasını daha da yüksəldib.

Konsert müddətində Buray həm yeni ifalarını, həm də illərdir sevilən hitlərini səsləndirərək zalda xüsusi bir musiqi atmosferi yaradıb. Hər mahnının sonunda alqış səsləri uzun müddət dayanmayıb, tamaşaçılar sənətçini ayaqüstə alqışlayıblar.

Gecənin ən yaddaqalan və emosional anı isə Burayın məşhur Azərbaycan mahnısı “Ayrılıq”ı canlı ifa etməsi olub. Onun bu mahnını səmimi və yüksək duyğuyla səsləndirməsi zalda böyük təəssürat yaradıb. Tamaşaçılar mahnının ilk notlarından etibarən emosional anlar yaşayıb, bir çoxu ifaya qoşularaq birlikdə oxuyub.

Günel Həsənova

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Azerbaijan Fashion Week 20-ci yubiley mövsümünü keçirəcək

Azerbaijan Fashion Week və Dome Middle East Fashion Week Bakida 20-ci yubiley mövsümünün…
►►►
İncəsənət / Dəb

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib Əməkdar artist Fərqanə Qasımova yeni…
►►►