Xalq artisti Təranə Muradovanın yaradıcılıq gecəsi keçirildi

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Xarici əlaqələr üzrə  prorektoru, Xalq artisti Təranə Muradovanın Heydər Əliyev Sarayında  yaradıcılıq gecəsi keçirilib.

Yubiley gecəsində BXA-nın rəhbərliyi, mədəniyyət və incəsənət nümayəndələri, xarici təhsil müəssisələrinin rəhbərləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, media üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində Xalq artisti Təranə Muradovaya Mədəniyyət Nazirliyi, Bakı Xoreoqrafiya Akademiyası,  TÜRKSOY, Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyası, Qazaxıstan Dövlət Xoreoqrafiya Akademiyası, Türkiyə Dövlət Opera və Balet Baş İdarəsi, Gürcüstan Mədəniyyət Palatası tərəfindən təbrik ünvanlanıb.

Təbrik zamanı T. Muradovanın Azərbaycanın rəqs mədəniyyətinə verdiyi töhfələrdən, sənətkarın sənət yolundan bəhs olunub.

Ardınca isə akademiyanın tam orta təhsil pilləsinin şagirdlərinin, İncəsənət fakültəsinin, orta ixtisas təhsili pilləsinin tələbələrinin, Azərbaycan Dövlət Rəqs Ansamblının,
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının, Xalq artisti Təranə Muradova və digər incəsənət nümayəndələri tərəfindən Vasif Adıgözəlovun “Bayram suitası”, Qazaxıstan rəqsi “Jetigen”, Qara Qarayevin “Yeddi gözəl”, Qarabağ yallısı “Çeşmə başında”, Emin Sabitoğlunun “Ağ çiçəyim”,  Özbək rəqsi, “Qayıdan ritm”  və s. rəqs parçaları ifa olunub.

Qeyd edək ki, konsert anşlaqla qarşılanıb.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►