Alüminium ixracı üzrə göstəricilər açıqlanıb

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, bu ilin yanvar-oktyabr aylarında 173,4 milyon ABŞ dolları dəyərində 61,5 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 2,7 faiz çox, həcm baxımından isə 2,1 faiz azdır.

Ümumilikdə cari ilin ilk 10 ayında ölkədən dəyəri 2,672 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2024-cü ilin müvafiq göstəricisini 11,9 faiz üstələyir. Hesabat dövründə alüminium ixracının xüsusi çəkisi 6,49 faizə bərabər olub.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“AzerGold” xüsusi mükafata layiq görüldü

“AzerGold” xüsusi mükafata layiq görüldü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur İqtisadiyyat…
►►►
İqtisadiyyat / Biznes

Sərfəli kredit axtarırsan?

Sərfəli kredit axtarırsan? Baharın gəlişi və Novruz bayramı hər birimiz üçün yeni…
►►►