AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib

2 dekabr 2025-ci il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL göstərdiyi xidmətləri təkmilləşdirmək məqsədilə təyyarələrində yenilənmiş multimedia əyləncə sistemini istifadəyə verib.

Yenilənmiş platforma hər bir uçuşu komfortlu səyahətlə yanaşı, həm də Azərbaycan və dünya mədəniyyətini əhatə edən maraqlı macəraya çevirir.

Sərnişinlər Hollivudun ən son filmlərindən tutmuş, dünya kinematoqrafiyasının məşhur ekran əsərlərinə qədər geniş film kataloqundan yararlana bilərlər. Filmlərə Azərbaycan dilində altyazıların əlavə edilməsi məzmunun daha əlçatan olmasına xidmət edir.

Platformada milli filmlərə də xüsusi yer ayrılıb. Azərbaycan rejissorlarının bədii və sənədli filmləri sərnişinlərə ölkənin mədəniyyətini, tarixini və müasir həyat tərzini yaxından tanımaq imkanı yaradır.

AZAL sərnişinlərinə maksimum rahatlıq təqdim etmək və onları yeni kəşflərə ruhlandırmaq missiyasına daima sadiq qalır.

AZAL ilə səyahət edərkən siz həm şəhər və ölkələri, həm də dünya kinosunun ən parlaq nümunələrini və Azərbaycan sənətinin incilərini kəşf edirsiniz.

AZAL-ın uçuş cədvəli və digər xidmətləri haqqında aviaşirkətin rəsmi saytımobil tətbiqi vasitəsilə ətraflı məlumat əldə edə bilərsiniz.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

AZAL və İordaniya nümayəndə heyəti mülki aviasiya....

AZAL və İordaniya nümayəndə heyəti mülki aviasiya sahəsində əməkdaşlığın…
►►►
Nəqliyyat / Logistika

Şimal-Cənub dəhlizinin inkişafı üzrə Memorandum imzalanıb

Şimal-Cənub dəhlizinin inkişafı üzrə Memorandum imzalanıb 25 noyabrda Bakıda “AZCON…
►►►
Nəqliyyat / Logistika

Azərbaycan və Qazaxıstan dəmir yolu sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Qazaxıstan dəmir yolu sahəsində əməkdaşlığı genişləndirir 25 noyabr…
►►►