“CineMastercard”da türk komediyası “Yan Yana”

Bakı, 2 dekabr: “CineMastercard” kinoteatrlar şəbəkəsində 4 dekabrdan etibarən  “Soyut Dışavurumcu Bir Dostluğun Anatomisi Veyahut YAN YANA” türk komediyasının eksklüziv nümayişi başlayır.

Məşhur fransız filmi “Toxunulmazlar” (1+1) filmindən ilhamlanan rejissor Mert Baykal bu hekayənin öz versiyasını lentə alaraq onu yeni tərzdə – türk yumoru, hərarəti, insanlar arasındakı münasibətlərə müasir baxış bucağı ilə təqdim edib.

Baş rollarda: Haluk Bilginer, Feyyaz Yiğit, Hatice Aslan, Bige Önal və Şevval Sam.

Hekayə adi həyatda heç vaxt görüşməyəcək iki insandan bəhs edir. Biri qəzadan sonra iflic olmuş varlı aristokratdır. Digəri isə çətin keçmişi olan kasıb məhəllədə böyüyən sadə, şən və enerjili oğlandır. Fərqliliklərinə baxmayaraq, onların arasında hər ikisinin həyatını dəyişən bir dostluq yaranır.

Yalnız “CineMastercard” kinoteatrlarında tamaşaçıları gülüş dolu anlar, canlı obrazlar və isti dostluq hekayəsi gözləyəcək.

Əlaqədar məqalələr
City Life

Festivalları fəth edən film indi yalnız park cınemada!

Festivalları fəth edən film indi yalnız park cınemada! Ötən gün Park Cinema Flame Towers…
►►►
City Life

“Euromoney” ABB-ni yenidən “İlin ən yaxşı bankı” seçdi!

“Euromoney” ABB-ni yenidən “İlin ən yaxşı bankı” seçdi! Maliyyə dünyasının…
►►►
City Life

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda 95-ci yubiley ilini qeyd edən Azərbaycan…
►►►