VTB Qrupu bankları arasında biznes köçürmələr komissiyasız oldu

1 dekabr 2025-ci il tarixindən 31 dekabr 2025-ci il tarixinədək VTB korporativ müştərilər üçün xüsusi aksiya keçirir: VTB Qrup bankları (Qazaxıstan, Azərbaycan və Belarus Respublikası) arasında beynəlxalq biznes köçürmələri 0% komissiya oldu.

Güzəştli şərtlər yalnız Hüquqi Şəxslər üçün Onlayn Bankinq vasitəsilə Qazaxıstanin milli valyutasında (tenge) və xarici valyutalarda köçürmələrə şamil edilir. Bu aksiya, yuxarıda adı çəkilən VTB Qrupunun törəmə banklarına müntəzəm beynəlxalq ödənişlər edən korporativ müştəriləri dəstəkləmək məqsədi daşıyır və sərhədlərarası biznes əməliyyatlarının səmərəliliyini artırmaq üçün nəzərdə tutulub.

Əlavə məlumat VTB (Azərbaycan)-ın Bakıda və Gəncədə yerləşən filiallarında və 986 qısa nömrəsinə zəng edərək əldə etmək olar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“AzerGold” xüsusi mükafata layiq görüldü

“AzerGold” xüsusi mükafata layiq görüldü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur İqtisadiyyat…
►►►
İqtisadiyyat / Biznes

Sərfəli kredit axtarırsan?

Sərfəli kredit axtarırsan? Baharın gəlişi və Novruz bayramı hər birimiz üçün yeni…
►►►