İqtisadiyyat / Biznes

“KƏPƏZ BOKT” MMC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir


“KƏPƏZ BOKT” MMC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

8 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “KƏPƏZ BOKT” MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 10.12.2025-ci il tarixində başlayıb, 10 təqvim günü davam edəcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“KƏPƏZ BOKT” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2012020809
İstiqrazların növü və formasıFaizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/formasıKütləvi/ Abunə yazılışı
İstiqrazların sayı10,000 ədəd
İlkin ticarət qiyməti100 manat
İstiqrazların buraxılış həcmi1,000,000 manat
İllik gəlirlilik faizi15%
Ödəmə Perioduİlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.
Tədavül müddəti24 ay
Ticarətə buraxılma tarixiEmitent tərəfindən bildiriləcək
Anderrayter “Troni İnvestisiya Şirkəti” QSC