“CineMastercard” kinoteatrındaBugün Güzel” filminin Qala gecəsi baş tutub

Bakı, 10 dekabr: “Gənclik Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” kinoteatrında türk kinosunun pərəstişkarları, media nümayəndələri və çoxsaylı qonaqların iştirakı ilə Türkiyənin “Bugün Güzel” filminin gala-gecəsi baş tutub.

Tədbir Baku Cinema Breeze nümayişləri çərçivəsində, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin dəstəyi ilə keçirilib.

Premyerada filmin baş rollarını canlandıran Oğuzhan KoçAyça Ayşin Turan iştirak ediblər. Onlar qırmızı xalça üzərində tamaşaçılarla ünsiyyət qurub, jurnalistlərin suallarını cavablandırıb, filmin çəkiliş prosesi və Bakıya səfərləri ilə bağlı təəssüratlarını bölüşüblər.

Ekran əsərin rejissoru Mali Ergindir.

“Bugün Güzel” – həyatın acı və şirin həqiqətlərinin sevgi, dostluq və sevinc sayəsində necə aşılacağını göstərən bir hekayədir.

Bu film Əli Candemirin beyin şişi diaqnozu alandan sonra həyatın dəyərini yenidən kəşf etməsini göstərir. Uşaqlıq dostları və tibb bacısı Günəşin dəstəyi ilə o,

yenidən ümidini bərpa edir və əmin olur ki, həyat onu yaxınlarla paylaşanda

həqiqətən də məna dolu olur.

Tədbirin təşkilində Cinema Distribution, “MADO restoranı, foto və video çəkiliş – “Light in Black” kreativ şirkəti dəstək göstəriblər.

“CineMastercard” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Əlaqədar məqalələr
City Life

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı “Nar” və…
►►►
City Life

Xalq artisti Eyyub Yaqubov musiqili tamaşada rol alacaq

Xalq artisti Eyyub Yaqubov musiqili tamaşada rol alacaq Xalq artisti Eyyub Yaqubov ilk dəfə…
►►►
City Life

Tünzalə Ağayevadan Aygün Kazımovaya sürpriz

Tünzalə Ağayevadan Aygün Kazımovaya sürpriz Ötən gün Xalq artisti Aygün Kazımova 55…
►►►