AccessBank İsveçrənin responsAbility İnvestment AG şirkətindən 10 milyon dollar kredit cəlb edib

Azərbaycanın mikro, kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirilməsində ixtisaslaşmış və 250 000-dən çox müştəriyə xidmət göstərən AccessBank, responsAbility Investment AG –dən 10 milyon ABŞ dolları məbləğində kredit cəlb edib. Müddəti 3 il olan kredit responsAbility tərəfindən idarə olunan iki maliyyə inklüzivliyi fondu hesabına maliyyələşdirilir.

Bununla da AccessBank-ın cari il üzrə cəlb etdiyi kredit vəsaitlərinin həcmi 22,5 milyon ABŞ dollarına çatdırılıb ki, bu da ərin uğurla yenidən kreditləşdirilməsindən sonra AccessBank ilə responsAbility arasında əməkdaşlığın daha da dərinləşdiyini göstərir. Bu, həmçinin responsAbility-nin AccessBank-a olan davamlı etimadını bir daha təsdiq edir.

Cəlb olunan vəsaitlər Azərbaycanda sahibkarlığın inkişafını təşviq edən təşəbbüslərin, o cümlədən Bankın əsas prioritet istiqamətlərindən biri olan mikrokreditlərin maliyyələşdirilməsinə yönəldiləcək.

responsAbility haqqında

responsAbility dünyada aparıcı təsir yönümlü aktivlərin idarə edilməsi və inkişaf investisiyaları şirkətlərindən biri kimi geniş tanınır. Şirkət əsasən inkişaf etməkdə olan və yüksələn bazarlarda fəaliyyət göstərən, birjada qeydə alınmamış şirkətləri hədəfləyən müxtəlif investisiya alətləri vasitəsilə özəl borc və səhmdar kapitalına yönələn investisiyalar həyata keçirir.

2003-cü ildə təsis olunduğu vaxtdan etibarən responsAbility 17,1 milyard ABŞ dollarından çox məbləğdə təsir yönümlü investisiya yerləşdirmişdir. 6 ofisdə fəaliyyət göstərən 280-dən çox əməkdaşı ilə şirkət 30 sentyabr 2025-ci il tarixinə təxminən 70 ölkədə 330-a yaxın portfel şirkətinə yatırımlar üzrə 5,4 milyard ABŞ dolları həcmində aktivləri idarə edir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib İnnovasiya fəaliyyəti üzrə…
►►►
İqtisadiyyat / Biznes

Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib 

Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib Unibank 2025-ci il ərzində…
►►►
İqtisadiyyat / Biznes

Birbank-ın “Böl-ödə” krediti ilə alış-veriş imkanlarınızı genişləndirin

Birbank-ın “Böl-ödə” krediti ilə alış-veriş imkanlarınızı genişləndirin Rahat…
►►►