Bakıda “Navruz” Özbəkistan Milli Rəqs Ansamblının konserti keçirilib

Bakıda Özbəkistanın Mədəniyyət Günləri çərçivəsində Heydər Əliyev Sarayında  “Navruz” Özbəkistan Milli Rəqs Ansamblının konserti baş tutub.

Bu incəsənət bayramı xalqlarımızın yaxınlığını və ortaq mədəni əlaqələrin zənginliyini bir daha nümayiş etdirir.

Tamaşaçılara Özbəkistanın tanınmış incəsənət xadimlərinin, Özbəkistan Dövlət Simfonik Orkestrinin və “Navruz” ansamblının iştirakı ilə zəngin konsert proqramı təqdim edilib.

Simfonik orkestrin müşayiəti ilə dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, həmçinin “İskəndərnamə” əsərlərindən ilhamlanan musiqili-xoreoqrafik kompozisiyalar səsləndirilib.

Konsertin ikinci hissəsində ifaçılar Özbəkistanın müxtəlif bölgələrinin koloritini əks etdirən milli rəqslər və mahnılar vasitəsilə ölkənin zəngin ənənələrini nümayiş etdiriblər.

Gecə çərçivəsində Özbəkistanın Əməkdar artisti, özbək müğənnisi Mohiçehra Şomurodova da çıxış edib. Onun ifasında “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı səsləndirilib. Bundan əlavə, səhnədə Özbəkistanın Əməkdar artistləri Tulkin Jabborov və Yulduz Turdiyeva çıxış ediblər. Y.Turdiyeva özbək kompozisiyaları ilə yanaşı, Azərbaycan mahnısı olan “Qarabağ”ı da ifa edib.

Gecə böyük anşlaqla keçib və hamının zövgünə oxşayıb.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

Made in Italy: Zərgərlik Sənətinin Qəlbinə Səyahət

Made in Italy zərgərlik sənayesinin mükəmməlliyini kəşf edirik: azərbaycanlı jurnalistlər…
►►►
İncəsənət / Dəb

ELF Studio

ELF Studio ELF Studio— профессиональный салон красоты в…
►►►
İncəsənət / Dəb

Azerbaijan Fashion Week 20-ci yubiley mövsümünü keçirəcək

Azerbaijan Fashion Week və Dome Middle East Fashion Week Bakida 20-ci yubiley mövsümünün…
►►►