Bakı Fond Birjasının nümayəndələri Qarabağ Universitetində tələbələrlə görüş keçirib

15 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) nümayəndə heyəti Qarabağ Universitetinə səfər edərək tələbələr üçün maarifləndirici təlim keçirib. Səfərin məqsədi tələbələr arasında kapital bazarı haqqında məlumatlılığın artırılması, müasir maliyyə alətləri və fond bazarının fəaliyyət prinsipləri barədə praktiki biliklərin aşılanması olub.

“Azərbaycanda Mütəşəkkil Kapital Bazarı və Bakı Fond Birjasının rolu” mövzusunda baş tutan təlim BFB-nin Ticarət və Əməliyyat şöbəsinin mütəxəssisləri tərəfindən təqdim edilib. Təlim zamanı tələbələrə ölkənin kapital bazarının inkişaf perspektivləri, birjanın iqtisadiyyatda oynadığı rol, ticarət sistemi, emitent və investor münasibətləri, eləcə də bazarın şəffaflıq standartları barədə ətraflı məlumat verilib.

Tədbir iştirakçıları həmçinin kapital bazarında karyera imkanları, BFB-nin gənclər üçün təklif etdiyi təcrübə proqramları və maarifləndirici təşəbbüslər barədə məlumatlandırılıb. Tələbələrlə qarşılıqlı müzakirələr aparılıb, onların sualları cavablandırılıb.

Bakı Fond Birjası gələcəkdə də regionlarda maarifləndirmə tədbirlərini davam etdirməyi, tələbələrin maliyyə savadlılığının artırılmasına, eləcə də kapital bazarının potensial kadrlarının yetişdirilməsinə töhfə verməyi planlaşdırır.

Əlaqədar məqalələr
City Life

Kapellhaus-da şam işığında Vivaldi gecəsi

Kapellhaus-da şam işığında Vivaldi gecəsi 25 mart tarixində Bakının tarixi…
►►►
City Life

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu

Bakıda Novruz bayramı qazax ənənələrinə uyğun şəkildə təqdim olundu 20 mart…
►►►
City Life

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib Unibank KB…
►►►