Azərbaycan üzrə “Yaşıl Şəbəkə” – Eko-Məktəblər proqramı çərçivəsində ilk məlumatlandırıcı onlayn görüş keçirilib

“Yaşıl Şəbəkə – Eko-Məktəblər” proqramı çərçivəsində respublika üzrə qeydiyyatdan keçmiş 100-dən artıq ümumtəhsil müəssisəsinin rəhbərliyi, koordinatorları və ekoklub rəhbərlərinin iştirakı ilə ilk onlayn məlumatlandırıcı görüş keçirilmişdir.

2015-ci ildən etibarən Elm və Təhsil Nazirliyi yanında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı ölkə üzrə məktəblərdə ekoloji təhsilin inkişafına yönəlmiş sistemli fəaliyyət sistemi kimi tətbiq olunur. 2024-cü ildən etibarən bu proqram Foundation for Environmental Education (FEE) tərəfindən həyata keçirilən Eco-Schools (Eko-Məktəblər) proqramı ilə inteqrasiya edilmişdir.

Görüş zamanı iştirakçılara “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramı, “Ekoloji yönümlü və enerji effektiv yaşıl məktəb” təşəbbüsü, EcoTracker mobil tətbiqi, ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik proqramı, ekoklubların illik ekoloji forumları, eləcə də digər əlaqəli ekoloji təşəbbüslər barədə məlumat təqdim edilmişdir. Qeyd olunmuşdur ki, bu istiqamətlər Foundation for Environmental Education (FEE) tərəfindən həyata keçirilən Eco-Schools proqramının milli icra mexanizmini təşkil edir.

Eyni zamanda görüş çərçivəsində məktəblərin mərhələli fəaliyyət modeli, koordinator və ekoklub rəhbərlərinin funksiyaları, eləcə də müəllimlər üçün nəzərdə tutulan təlimlər və monitorinq mexanizmləri barədə ətraflı məlumat verilmişdir.

Qeyd edək ki, “EkoSfera” Ekoloji-Sosial Mərkəzi, Foundation for Environmental Education (FEE) beynəlxalq təşkilatının Azərbaycandakı milli üzv təşkilatı (national organisation) kimi fəaliyyət göstərir və bu çərçivədə Eco-Schools (Eko-Məktəblər) proqramının ölkə üzrə icrasını və əlaqələndirilməsini həyata keçirir.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək

Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək Milli Paralimpiya…
►►►
Elm / Texnologiya

Amazon Web Services Azərbaycanda

Amazon Web Services Azərbaycanda Azercell qlobal texnologiya lideri ilə strateji…
►►►
Elm / Texnologiya

“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir

“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni…
►►►