“Xalq Bank” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

24 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Xalq Bank” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 24.12.2025-ci il tarixində başlayıb, 26.12.2025-ci il tarixində bitəcəkdir.

AZ2002005513 İSİN kodlu istiqrazların yerləşdirilməsi 29 dekabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“Xalq Bank” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2002005513
İstiqrazların növü və formasıFaizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/formasıKütləvi/ Abunə yazılışı
İstiqrazların sayı50,000 ədəd
İlkin ticarət qiyməti100 manat
İstiqrazların buraxılış həcmi5,000,000 manat
İllik gəlirlilik faizi9%
Ödəmə PerioduBuraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti2 il
Ticarətə buraxılma tarixi29.12.2025
Anderrayter “Xalq Kapital İnvestisiya Şirkəti” QSC