Cem Adrian Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib
Türkiyənin sevilən sənətçisi Cem Adrian 24 dekabr tarixində Heydər Əliyev Sarayında Event Office-in təşkilatçılığı ilə möhtəşəm konsert proqramı ilə çıxış edib.

“Salam, Bakı. Burada olmağıma çox şadam. Möhtəşəmsiz”, deyən müğənni konserti “Sen Benim Şarkılarımsın” ifası ilə açıb.
Konsert zamanı səhnədən tamaşaçılara müraciət edən sənətçi Azərbaycanı çox sevdiyini bildirib və bu sevgini hər ifasında hiss etdirib.
Cem Adrian musiqidə sərhədlər, tərzlər və qaydalardan kənardı. Özünü sadəcə “özgür bir müzisyen” adlandıran Cem Adrian Bakı konsertində gözəl səsi və möhtəşəm performansı ilə pərəstişkarlarına musiqi dolu saatlar yaşadıb. O, səhnədə bir birinin ardınca sevilən əsərlərini səsləndirib. Onların arasında müğənninin “Bən seni çok sevdim”, ” Mehriban”, Mutlu yıllar”, “Yıldizların altında”, “Küçük adam”, ” Kül” və s. kimi mahnıları olub.
Gecənin ən yaddaqalan məqamlarından biri isə konsert zalında baş tutan evlilik təklifi olub. Sürpriz an tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb və gecəyə xüsusi romantik ab-hava qatıb.
Cem Adrianın Bakıda baş tutan bu konserti həm musiqisi, həm də yaşanan emosional anlarla yaddaşlarda iz buraxıb.
Günel Həsənova








