Çində Azərbaycanın turizm imkanları təbliğ edilib

Azərbaycan Turizm Bürosu dekabr ayı ərzində “China Travel Group” (CTG) ilə birgə Çin Xalq Respublikasının Jinan, Şijiazhuanq və Taiyuan şəhərlərində silsilə seminarlar təşkil edib.

Seminarlarda Çinin turizm sənayesini təmsil edən 300-dən çox nümayəndə iştirak edib.

Tədbirlər çərçivəsində Çin və Azərbaycan arasında turizm əməkdaşlığının gücləndirilməsi istiqamətində təqdimatlar nümayiş olunub. İştirakçılara Azərbaycanın Çin bazarı üçün nəzərdə tutulmuş turizm məhsulları, ölkənin mədəni və tarixi irsi, eləcə də əsas səyahət marşrutları haqqında məlumat verilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr dövründə Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 60 636 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43.1% artım deməkdir.

Əlaqədar məqalələr
Turizm

Turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil olunub

Turizm sənayesi nümayəndələri üçün şimal-qərb regionuna tanışlıq səfəri təşkil…
►►►
Turizm

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil…
►►►
Turizm

Azərbaycanla Yunanıstan arasında turizm....

Azərbaycanla Yunanıstan arasında turizm əlaqələrinin genişləndirilməsi perspektivləri…
►►►