Türkiyənin sevilən rok qrupu “maNga” Bakıda konsert proqramı ilə çıxış edəcək

Türkiyənin ən məşhur və sevilən rok qruplarından biri olan “maNga” uzun fasilədən sonra yenidən Bakı səhnəsinə qayıdır.

Qrup “Kupon Booking” təşkilatçılığı ilə 17 yanvar 2026-cı il tarixində “Bakı Konqres Mərkəzi”ndə musiqisevərlərlə görüşəcək.

“maNga”nın Bakıda baş tutan əvvəlki konsertləri hər zaman böyük maraq və izdihamla yadda qalıb. Bu dəfə isə qrup paytaxt tamaşaçıları üçün daha zəngin və xüsusi bir proqram hazırlayıb.

Müasir rok musiqisini alternativ üslubla birləşdirən “maNga”, güclü səhnə performansı, yüksək enerjisi və tamaşaçı ilə qurduğu emosional bağ sayəsində “Avroviziya 2010” mahnı müsabiqəsində “We Could Be The Same” mahnısı ilə II yer tutaraq Türkiyəni təmsil edib. “Cevapsız Sorular”, “Dünyanın Sonuna Doğmuşum”, “Bir Kadın Seveceksin” kimi mahnılar hələ də bir çoxları tərəfindən sevilərək dinlənilir.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Bengü Bakıya gəlir!

Bengü Bakıya gəlir! Türkiyənin məşhur müğənnisi Bengü 13 ildən sonra Bakıya…
►►►
İncəsənət / Dəb

Azad Şabanovdan özünə doğum günü hədiyyəsi

Azad Şabanovdan özünə doğum günü hədiyyəsi Müğənni Azad Şabanov yeni klip və…
►►►