Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

7 və 8 yanvar 2026-cı il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti(gün)İSİNHərractarixiHərraca çıxarılan məbləğ (manat)NominalMiqdarNotun ödəniş  tarixi
28AZ257502470107.01.202610.000.000100.00010004.02.2026
84AZ257202470408.01.20265.000.000100.0005002.04.2026
168AZ257402470207.01.20262.500.000100.0002524.06.2026
252AZ257302470308.01.20262.500.000100.0002517.09.2026

Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.

Hərracda iştirakçı sayı tələbi mövcud deyil.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb

“Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb “Bir…
►►►
İqtisadiyyat / Biznes

“Mastercard”ın “Recorded Future” şirkəti 2026-cı il Gartner® Magic Quadrant™

“Mastercard”ın “Recorded Future” şirkəti 2026-cı il Gartner® Magic Quadrant™…
►►►
İqtisadiyyat / Biznes

“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir

“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir “Unibank”ın…
►►►