ABB-dən “İndi al, sonra ödə!” xidməti

ABB yeni “İndi al, sonra ödə!” xidmətini müştərilərə təqdim edib. Bu, ABB-nin “İndi al, sonra ödə!” üzrə partnyoru olan mağazalarda elə yerindəcə kreditləşmə ilə məhsul alışına şərait yaradan yeni xidmət növüdür. 

Məsələn, hansısa elektronika məhsulunu “İndi al, sonra ödə!” xidməti ilə almaq istəyən müştəri mağaza əməkdaşlarına bu barədə məlumat verir. Satıcı Bank tərəfindən təqdim olunan kabinet vasitəsilə  müştərini ABB mobile tətbiqinə yönləndirir. Müştəri tətbiqdə “İndi al, sonra ödə!” xidmətindən yararlanmaq üçün tələb olunan məlumatları daxil edir. Tətbiq üzərindən SİMA vasitəsilə sənədlərin imzalanması həyata keçirildikdən sonra məhsulun dəyərində məbləğ təsdiqlənir və alış prosesi tamamlanır. Məbləğin banka geri ödənilməsi üçün müştərilər 2 həftəlik və ya aylıq ödəmə planı seçərək hissəli şəkildə ödəmə imkanı əldə edirlər.

Beləliklə, müştəri ABB-nin “İndi al, sonra ödə!” xidmətindən yararlanaraq istədiyi məhsulu indi alır, ödənişini isə hissəli şəkildə sonra ödəyir. 

Şərtlər:

  • Məbləğ: 100 – 5000 AZN
  • Müddət: 24 ayadək
  • Zaminsiz və girovsuz
  • İllik faiz dərəcəsi: müştəri üçün yoxdur
  • FİFD: min. 0% – maks. 20.72%

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Rəqəmsal bankçılıqda yeni dövr

Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da…
►►►
İqtisadiyyat / Biznes

Unibankın aktivləri 2 milyard manatı keçib

Unibankın aktivləri 2 milyard manatı keçib Unibank Kommersiya Bankı 2025-ci ilin maliyyə…
►►►
İqtisadiyyat / Biznes

Yelo Bank-dan sahibkarlar üçün yeni imkan: Qızıl təminatlı mikro kredit

Yelo Bank-dan sahibkarlar üçün yeni imkan: Qızıl təminatlı mikro kredit Biznes sahibləri…
►►►