350 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib

2026-cı ildə də KOB subyektlərinin sərgilərdə və yarmarkalarda iştirakına, ticarət şəbəkələrinə çıxışına dəstək davam etdiriləcəkdir. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 2025-ci ildə 350 mikro, kiçik və orta biznes subyekti yararlanıb. Belə ki, 85 KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 11 sərgidə (8-i yerli və 3-ü xarici ölkələrdə olmaqla) ödənişsiz olaraq iştirakı təmin edilib. Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satışına dəstək məqsədilə 3 “KOB Fest” sərgi-satış yarmarkası keçirilib. Göygöl, Şuşa və Göyçayda təşkil edilmiş yarmarkalarda 220 sahibkar məhsul və xidmətlərini təqdim edib və satışını həyata keçirib. 

Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsulların iri ticarət şəbəkələrində satışına dəstək mexanizmi çərçivəsində isə onlar üçün ayrılmış 7 satış nöqtəsində 45 KOB subyektinin məhsullarının satışı həyata keçirilib.  

KOB subyektləri satış imkanlarını genişləndirmək məqsədilə dövlətin dəstək mexanizmlərindən faydalanmaq üçün KOBİA-ya müraciət edə bilərlər. 

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►