Sıla Bakı Konqres Mərkəzində möhtəşəm  konsert proqramı ilə çıxış etdi

18 yanvar tanınmış türk müğənisi Sıla Bakı Konqres Mərkəzində möhtəşəm  konsert proqramı ilə çıxış etdi.

Konsertin təşkilatçısı — Event Office.

Güclü, təsiredici səsi və səhnə enerjisi ilə tanınan Sıla ən sevilən mahnıları və möhtəşəm canlı səhnə performansı ilə musiqi sevərlərə unudulmaz bir musiqi ziyafəti yaşatdı.

Müğənnini səhnədə canlı orkestri və musiqiçiləri müşayiət etdi.

Sıla pərəstişkarlarını salamlayaraq, onlara gözəl axşam arzuladı: “Bakı, sizi çox sevirəm!  Sizlərlə bərabər olduğum üçün çox xoşbəxtəm”.

Tanınmış müğənni  “Ateşle oynama”, “Yan benimle”, “Ziyan”, “Yara bende”, “Dan sonra”, “Kafa”, “Yabancı” və s. kimi hit mahnılarını səsləndirdi. Konsertdə işıq üzü apreldə görəcək yeni albomdanda yeni mahnılar səsləndi. Azərbaycan dilində oxuduğu “Ayrılıq” mahnısı hamının zövgünə oxşadı.

Bu gecə bir səs, bir ruh və minlərlə ürək eyni anda döyündü.

Günel Həsənova

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Azerbaijan Fashion Week 20-ci yubiley mövsümünü keçirəcək

Azerbaijan Fashion Week və Dome Middle East Fashion Week Bakida 20-ci yubiley mövsümünün…
►►►
İncəsənət / Dəb

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib Əməkdar artist Fərqanə Qasımova yeni…
►►►