“SOCAR Karbamid” zavoduna Dünya İqtisadi Forumunun  “Rəqəmsal mayak” mükafatı təqdim edilib

“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində həmkarlarla birlikdə “SOCAR Karbamid” zavoduna Dünya İqtisadi Forumunun (World Economic Forum) “Rəqəmsal mayak” (Digital Lighthouse Award) mükafatının təqdim edilməsi mərasimində iştirak etdik”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Nazir bildirib ki, “SOCAR Karbamid” Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu təltifə layiq görülən ilk zavod, SOCAR isə dünyada 3 “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir.

Bu nailiyyət sistemli transformasiya, innovasiya və rəqəmsallaşma istiqamətində səmərəli fəaliyyətin, sənaye 4.0 texnologiyalarının iş prosesinə yüksək effektivliklə tətbiqinin nəticəsidir:

“SOCAR Karbamid”in bütün əməkdaşlarına təbriklərimizi çatdırır, töhfələri üçün təşəkkür edir və uğurlarının davamlı olmasını arzulayırıq”.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

“AzerGold” xüsusi mükafata layiq görüldü

“AzerGold” xüsusi mükafata layiq görüldü İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi…
►►►
İqtisadiyyat / Biznes

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur İqtisadiyyat…
►►►
İqtisadiyyat / Biznes

Sərfəli kredit axtarırsan?

Sərfəli kredit axtarırsan? Baharın gəlişi və Novruz bayramı hər birimiz üçün yeni…
►►►