Savaş Özdemir ilə Anadolu Rock Rüzgarı Bakıda!

Anadolu rock musiqisinin ruhunu səhnəyə daşıyan Savaş Özdemir canlı konsert proqramı ilə musiqisevərlərlə görüşəcək.
Tədbir 06 fevral 2026-cı il tarixində Hayal Kahvesi Bakuda keçiriləcək.

Konsert saat 20:00-da başlayacaq və 22:00-dək davam edəcək. Musiqisevərləri canlı ifalar, yüksək səhnə enerjisi və Anadolu rock janrının sevilən nümunələri gözləyir.

Proqramdan sonra sənətçinin iştirakı ilə imza günü də təşkil olunacaq.
Konsertin bilet qiymətləri 30–50 manat aralığında müəyyən edilib.

Qeyd edək ki, məkanda Face Control tətbiq edilir və Smart Casual geyim tərzi tələb olunur.  (İdman üslublu şalvar və şort geyinən şəxslərin məkana buraxılmasına icazə verilməyəcək).

Savaş Özdemirin Bakı konserti Anadolu rock musiqisini sevənlər üçün mövsümün ən diqqətçəkən canlı ifalarından biri olacağı gözlənilir.

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►