Xaçmazda sahibkarların qəbulu keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən regionlarda sahibkarların müraciətlərinin yerində öyrənilməsi, təkliflərinin dinlənilməsi məqsədilə qəbullar təşkil olunacaq. Bu çərçivədə 2026-cı il ərzində KOBİA-nın rəhbər şəxslərinin ölkənin müxtəlif bölgələrində qəbullarının keçirilməsi nəzərdə tutulur.

29 yanvar 2026-cı il tarixində KOBİA-nın İdarə Heyəti sədrinin müavini Emil Hüseynli Xaçmaz, Quba və Qusar rayonlarından olan sahibkarları qəbul edəcək. Qəbul saat 11:00-dan etibarən “Xaçmaz KOB evi”ndə (Xaçmaz şəhəri, Bakı prospekti 45 ünvanında) keçiriləcək.

Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət etməklə qəbula yazıla bilərlər (055 200 03 79, azar.panahov@smb.gov.az, Azər Pənahov, KOBİA-nın Quba-Xaçmaz iqtisadi rayonu üzrə koordinatoru).

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►