Azərbaycanın qış turizmi imkanları Almaniyada tanıdılıb

Azərbaycan Turizm Bürosu (ATB) 22-25 yanvar tarixlərində Almaniyanın Oberstdorf şəhərində Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) Xizəkdə Tramplindən Tullanma üzrə Dünya Çempionatı yarışlarında təmsil olunub.

ATB-nin brend guşəsində yarışları izləyən ziyarətçilərə Azərbaycanın mədəni irsi, unikal turizm imkanları və qış idman növləri üzrə potensialı haqqında ətraflı məlumat verilib.

Eyni zamanda, ölkənin xarici turistlər üçün cəlbedici qış turizmi istiqaməti kimi tanıdılması məqsədilə təbliğat və məlumatlandırma işi aparılıb.

FIS ilə əməkdaşlıq çərçivəsində əsas məqsədlərdən biri Azərbaycanı qış idman növləri üzrə dünya səviyyəli peşəkar yarışların keçirildiyi məkan kimi tanıtmaq, həmçinin ölkəmizin turizm brendi və məhsullarının beynəlxalq arenada genişmiqyaslı marketinq və tanıtım kampaniyasının aparılmasını təmin etməkdir.

Qeyd edək ki, Azərbaycan FIS tərəfindən təşkil olunan dünya kubokları və çempionatlar kimi qlobal yarışlarda təşkilatın “Qlobal Destinasiya Tərəfdaşı” kimi çıxış edir.

Əlaqədar məqalələr
Turizm

Azərbaycanın turizm potensialı Almaniyada nümayiş olunur

Azərbaycanın turizm potensialı Almaniyada nümayiş olunur Azərbaycanın turizm potensialı…
►►►
Turizm

Yanvar ayında Azərbaycana 181 mindən çox xarici vətəndaş səfər edib

Yanvar ayında Azərbaycana 181 mindən çox xarici vətəndaş səfər edib 2026-cı ilin yanvar…
►►►
Turizm

Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir

Azərbaycanın beynəlxalq qastronomiya xəritəsində mövqeyi gücləndirilir Dövlət Turizm…
►►►