“FNC BOKT” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FNC BOKT” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 05.02.2026-cı il tarixində keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“FNC BOKT” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2001024242
İstiqrazın növü və formasıFaizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu / formasıKütləvi / Birqiymətli Hərrac
İstiqrazların sayı950 (ədəd)
İlkin ticarət qiyməti5,000 manat
İstiqrazların buraxılış həcmi4,750,000 manat
İllik gəlirlilik faizi15%
Ödəmə perioduİlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 1 (bir) təqvim ilindən bir (bir ildə 360 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti5 il
Ticarətə buraxılma tarixi05.02.2026
Anderrayter “CPM-İnvest İnvestisiya Şirkəti” ASC
Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin Son dövrdə nağdsız…
►►►
İqtisadiyyat / Biznes

Biznesiniz irəli getsin, komissiya 0% qalsın!

Biznesiniz irəli getsin, komissiya 0% qalsın! Bank VTB fərdi sahibkarlar üçün 50 000…
►►►
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►