Bakı Metropoliteni İT sistemlərini “Hökumət buludu”na köçürüb

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Fərmanın tələblərinə uyğun olaraq, daha bir dövlət qurumu – “Bakı Metropoliteni” QSC İT sistemlərini “Hökumət buludu”na köçürüb. Qurumun informasiya sistemləri və ehtiyatları qismən “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirilib.

“AzInTelecom” tərəfindən “Bakı Metropoliteni” QSC-yə Virtual server – IaaS (Infrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin olunub. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.

 “Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom” MMC-yə məxsus data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır, 24/7 rejimində monitorinq olunur.

“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Rəqəmsal həyatın canı smartfondadır — istifadəçilər hansı məlumatları mobil cihazlara etibar edirlər

Rəqəmsal həyatın canı smartfondadır — istifadəçilər hansı məlumatları mobil cihazlara…
►►►
Elm / Texnologiya

Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürüb

Beş İcra Hakimiyyəti İT sistemlərini “Hökumət buludu”na köçürüb “Hökumət…
►►►
Elm / Texnologiya

Azercell-dən illik “ZengimCELL” xidməti

Azercell-dən illik “ZengimCELL” xidməti Yeni təklif istifadəçilərə bir il ərzində…
►►►