Yelo Bank-da səhiyyə sahəsində çalışan qadın sahibkarlar üçün netvörkinq görüşü təşkil edildi

Yelo Bank, qadın sahibkarlara dəstək və onların şəbəkələşmə imkanlarını genişləndirmək missiyası çərçivəsində növbəti netvörkinq görüşünü keçirib. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ilə birgə təşkil olunan “Tea Talk” formatlı görüşün bu dəfəki qonaqları səhiyyə sektorunda fəaliyyət göstərən uğurlu xanım sahibkarlar olub.

Tədbirin əsas məqsədi xanım sahibkarlar arasında peşəkar əlaqələri gücləndirmək və müxtəlif biznes sahələrindəki təcrübələri bölüşməkdir. Görüşün xüsusi qonağı olan TƏBİB-in Korporativ əməkdaşlıq şöbəsinin rəhbəri Nigar Rüstəmli öz karyera yolu, qarşılaşdığı çətinliklər və qazandığı maraqlı təcrübələr haqqında danışıb. Səmimi söhbət mühitində keçən görüş iştirakçılar üçün həm motivasiya, həm də yeni işgüzar perspektivlər baxımından faydalı olub.

Bu cür görüşlər xanım sahibkarların bir-birindən öyrənməsi və ortaq ideyalar ətrafında birləşməsi üçün yaradılan dəyərli bir platformadır. Yelo Bank qadın sahibkarların inkişafına və onların cəmiyyətdəki rolunun güclənməsinə yönəlmiş təşəbbüsləri hər zaman dəstəkləməyə davam edəcək.


Bankdan tecili kredit istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Əlaqədar məqalələr
City Life

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla…
►►►
City Life

AmCham İdarə heyətnin üzvü Prezident İlham Əliyevin....

AmCham İdarə heyətnin üzvü Prezident İlham Əliyevin ABŞ Ticarət Palatasının nümayəndə…
►►►
City Life

Kutsi Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib

Kutsi Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib Türkiyənin sevilən…
►►►