Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Azərbaycan Turizm Bürosu Türkiyənin İstanbul şəhərində 29-cu Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (EMITT 2026) iştirak edir.

Milli stendə Azərbaycan Turizm Bürosu ilə yanaşı, 11 yerli turizm sənayesi nümayəndəsi və “Azərbaycan Hava Yolları” QSC təmsil olunur.

“Experience Azerbaijan” stendində təşkil edilən B2B və B2C formatlı görüşlər çərçivəsində ölkəmizin turizm imkanları, mədəni və təbii irsi, həmçinin qastroturizm, dağ-xizək mərkəzləri, şərabçılıq və sağlamlıq turizmi də daxil olmaqla müxtəlif turizm məhsulları barədə ətraflı məlumat verilir.

Fevralın 7-dək davam edəcək sərgidə dünyanın 109 ölkəsindən 660 turoperator təmsil olunur.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 36 536 nəfər təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 16% artım deməkdir.

Əlaqədar məqalələr
Turizm

Azərbaycanın turizm imkanları Qazaxıstanda sərgi çərçivəsində nümayiş olunur

Azərbaycanın turizm imkanları Qazaxıstanda sərgi çərçivəsində nümayiş…
►►►
Turizm

Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası keçirilib

Quba Regional Turizm Şurasının işçi qrupunun ilk iclası keçirilib Aprelin 17-də Şabran…
►►►
Turizm

Azərbaycanın turizm imkanları Türkiyədə silsilə tədbirlər çərçivəsində təqdim olunub

Azərbaycanın turizm imkanları Türkiyədə silsilə tədbirlər çərçivəsində təqdim…
►►►