Kutsi Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib

Türkiyənin sevilən sənətçisi Kutsi ölkəmizdə möhtəşəm konsert proqramı ilə çıxış edib.

Konsert EventOffice-in peşəkar təşkilatçılığı ilə Heydər Əliyev Sarayında baş tutub və musiqisevərlərə unudulmaz anlar yaşadıb.

Sənətçi özəl reportajında yaradıcılığındakı yeniliklərdən söz açaraq, hazırda yeni serial layihəsi üzərində çalışdığını da açıqlayıb.

Konsert zamanı Kutsi Azərbaycan və Türkiyə bayraqları ilə səhnəyə çıxaraq, Azərbaycan dilində mahnılar ifa edib və bu jesti ilə tamaşaçıların böyük rəğbətini qazanıb.

Səmimi davranışı və tamaşaçılara yaxınlığı ilə seçilən sənətçi konsert boyunca sevənlərinin yanına düşərək onlarla birbaşa ünsiyyət qurub. Kutsinin bu addımı gecəyə xüsusi emosional ab-hava qatıb və konserti daha da yaddaqalan edib.

Günel Həsənova

Əlaqədar məqalələr
City Life

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib

Bakıda Çin mədəni irsinə həsr olunan sənədli filmin təqdimatı keçirilib Bakıda Çin…
►►►
City Life

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib

Pakistanın müstəqilliyinin 79-cu ildönümü münasibətilə tədbir keçirilib 14 avqust…
►►►
City Life

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda “Bihar Diwas”-ı qeyd edib Hindistanın…
►►►