“FINCA Azerbaijan” MM QBKT-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “FINCA Azerbaijan” MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2011019208 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.02.2026-cı il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“FINCA Azerbaijan” MM QBKT
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2011019208
İstiqraqzların növü və formasıFaizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/formasıKütləvi/ Rəqabətli hərrac
İstiqrazların sayı40,000 ədəd
İlkin ticarət qiyməti100 manat
Buraxılış həcmi4,000,000 manat
İllik gəlirlilik faizi15%
Ödəmə perioduİlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti24 ay
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)4,000,000 manat
Reallaşdırılmış həcm4,000,000 manat
Minimal qiymət100 (15.0000%) manat
Maksimal qiymət100 (15.0000%) manat
Kəsmə qiyməti100 (15.0000%) manat
Ortaçəkili qiyməti100 (15.0000%) manat
İnvestor sayı50
Sifariş sayı50
Anderrayter“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC