“Nar”ın “Çoox Şanslı” lotereyası möhtəşəm finalla yekunlaşdı – “Li L9 Ultra” avtomobili sahibini tapdı

Sərfəli mobil operator “Nar”ın böyük maraq və həyəcanla izlənilən “Çoox Şanslı” stimullaşdırıcı lotereyası möhtəşəm final mərhələsi ilə yekunlaşıb. Lotereyanın final tədbiri tamaşaçıların iştirakı ilə xüsusi şou proqram formatında keçirilib.

Final mərhələsində lotereyanın ən böyük və ən dəyərli hədiyyəsi olan “Li L9 Ultra” avtomobilinin sahibi Vüqar Hümmətov olub. “Nar” qalibi təbrik edərək ona avtomobilin açarını təqdim edib.

Beləliklə, ötən ilin oktyabr ayında start götürən “Çoox Şanslı” lotereyası çərçivəsində oynanılan bütün hədiyyələr sahiblərini tapıb. Lotereya müddətində ümumilikdə 77 ədəd “Xiaomi Redmi Note 14 Pro” smartfonu, 11 ədəd “Haval H6 Ultra” avtomobili, eləcə də böyük final hədiyyəsi olan “Li L9 Ultra” avtomobili qaliblərə təqdim olunub.

Qeyd edək ki, “Çoox Şanslı” lotereyası “Nar”ın abunəçilərinə əlavə dəyər yaratmaq, onların gündəlik həyatına sevinc qatmaq məqsədi ilə həyata keçirilib və lotereya boyunca abunəçilər tərəfindən yüksək maraqla qarşılanıb.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

Əlaqədar məqalələr
Elm / Texnologiya

“Azercell Biznes” korporativ müştərilər üçün İoT və M2M....

“Azercell Biznes” korporativ müştərilər üçün İoT və M2M platformasını təqdim…
►►►
Elm / Texnologiya

"Avropa Bilik Yarışı” 2026  keçirilib

“Avropa Bilik Yarışı” 2026  keçirilib 7 fevral 2026-cı il tarixində Avropa…
►►►
Elm / Texnologiya

Azercell-dən xüsusi “Samsung” kampaniyası!

Azercell-dən xüsusi “Samsung” kampaniyası! Lider mobil operator gənclərə özəl…
►►►