Eyyub Hüseynzadənin təşkilatçılığı ilə Emre Aydın Bakıda
Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu events” şirkətinin təşkilatçılığı ilə türkiyəli müğənni Emre Aydın Bakıda.
Rockvell.com xəbər verir ki, dünən paytaxta təşrif buyuran sənətçini hava limanında jurnalistlər qarşıladılar.

Bakida olmaqdan və burada çıxış etməkdən böyük məmnunluq hissi duyduğunu söyləyən ulduz qonaq konsert üçün xüsusi sürpizlər hazırladığını bildirib.
Qeyd edək ki, Emre Aydının konserti bugün saat 20.00 Baki Konqres Mərkəzində baş tutacaq.
Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından əldə etmək olar








