Bakıda Eyyub Hüseynzadənin təşkilatçılığı ilə Emre Aydının möhtəşəm konserti keçirilib
Azərbaycanda böyükmiqyaslı konsert və şou proqramlarının təşkilatçısı Eyyub Hüseynzadə bu dəfə də uğurlu konsert layihəsini təqdim edib.

“Anadolu events” şirkətinin təşkilatçılığı ilə Türkiyənin sevilən sənətçisi Emre Aydın Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib. Gecə Bakı Konqres Mərkəzinin səhnəsində baş tutub.
Konsertə yüzlərlə musiqisevər qatılıb. Tamaşaçılar sənətçini alqışlarla qarşılayaraq gecə boyunca coşqulu anlar yaşayıblar. İfaçı repertuarında yer alan “Afili Yalnızlık”, “Soğuk Odalar”, “Hoşçakal” kimi məşhur mahnıları və digər sevilən musiqilərini səsləndirib. Səhnə tərtibatı və işıq effektləri gecəyə xüsusi rəng qatıb.
Sənətçinin duyğusal və enerjili səhnə performansı konsertə qatılanlar tərəfindən maraqla izlənilib. Zalın tam dolu olması Emre Aydına olan maraq və sevginin daha bir göstəricisidir.


“Anadolu events” şirkətinin təsisçisi Eyyub Hüseynzadə ənənəyə sadiq qalaraq Emre Aydına ifaçının rəsmisini əks etdirən xalça hədiyyə edib.
Konsert proqramı musiqisevərlərə xoş və yaddaqalan bir axşam bəxş edib.
Günel Həsənova








