Bu ilin yanvar ayında 31 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

2026-cı ilin yanvar ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 31.020 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Dövlət Xidmətinin məlumatına görə, qeydiyyata alınan mülkiyyət hüququnun 5.594-ü (18 faizi) ilkin, 25.426-sı (82 faizi) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində – 6.420, mənzil – 7.338, torpaq sahəsi – 16.184, qeyri-yaşayış binası – 271, qeyri-yaşayış sahəsi – 754, əmlak kompleksi – 47 və çoxmərtəbəli yaşayış binası – 6 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 7.562-si Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Yanvar ayı ərzində 21.928 texniki pasport tərtib edilib, 5.271 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Unibank bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir

Unibank bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir Bu gün Unibank bütün peşə…
►►►
İqtisadiyyat / Biznes

Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı

Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı Unibank biznes…
►►►
İqtisadiyyat / Biznes

“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib

“Gəncə KOB evi” sahibkarların istifadəsinə verilib “Gəncə KOB evi”ndə…
►►►