“Bu şəhərdə”nin “Eltilər” adlı konserti keçirildi

17 fevral “Bu şəhərdə” Estrada teatrı “Eltilər” adlı konsert proqramı ilə Heydər Əliyev Sarayının səhnəsində çıxış etdi.

Aparıcılığını Saleh Bağırov etdiyi gecəni izləməyə gələnlər arasında incəsənət aləminin tanınmış simaları, məşhur idmançılar, şəhid və qazi ailələri var idi.

Respublikanın Əməkdar Artistləri Rafael İsgəndərov və Coşqun Rəhimov bir-birindən maraqlı səhnəciklər nümayiş etdiriblər. Onların arasında: “Eltilər”, “Bəyaz şou”, “Şadlıq evi”.

Konsertdə süni intellekt vasitəsi ilə hazırlanan bir neçə maraqlı klipdə təqdim olundu.

Konsertin sonunda Rafael İsgəndərov ənənəyə sadiq qalaraq Sirtuş Çölçəmənli obrazını canlandırdı. Bu dəfə onun qonaqı populyar müğənni Kəmalə Günəşli
oldu.

26-illiyini qeyd edən “Bu şəhərdə” Estrada teatrın növbəti yeni konsert proqramı 23 may Heydər Əliyev Sarayında baş tutacaq.

Günel Həsənova

Əlaqədar məqalələr
İncəsənət / Dəb

"King's Style"- kralların seçimi

“King’s Style”- kralların seçimi Kişi geyimlərinin ən əsas…
►►►
İncəsənət / Dəb

Azerbaijan Fashion Week 20-ci yubiley mövsümünü keçirəcək

Azerbaijan Fashion Week və Dome Middle East Fashion Week Bakida 20-ci yubiley mövsümünün…
►►►
İncəsənət / Dəb

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib

Fərqanə Qasımova “ANA” mahnısını təqdim edib Əməkdar artist Fərqanə Qasımova yeni…
►►►