Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası ilə görüş keçirilib

Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası ilə təşkil edilən görüşdə mebel ixracının potensialının və yeni bazarlara çıxış imkanlarının artırılmasına dair fikir mübadiləsi aparılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi və Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının və assosiasiyaya üzv şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı mebel istehsalı sektorunda ixrac, ixracatçıların üzləşdiyi çağırışlar, həmçinin logistikanın optimallaşdırılması imkanları müzakirə edilib. Bununla yanaşı, məhsulların ixrac coğrafiyasının genişləndirilməsi ilə bağlı ixrac potensiallı bazarlar nəzərdən keçirilib.

Tədbir çərçivəsində iştirakçılar həmçinin cari ilin iyun ayında Dubay şəhərində keçiriləcək “Index Dubai 2026” interyer dizaynı sərgisi barədə məlumatlandırılıblar.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

VTB (Azərbaycan) sahibkarlar üçün QR ödəniş xidmətini istifadəyə verdi

VTB (Azərbaycan) sahibkarlar üçün QR ödəniş xidmətini istifadəyə verdi VTB…
►►►
İqtisadiyyat / Biznes

Yardımlı rayonunda sahibkarlarla görüş keçirilib

Yardımlı rayonunda sahibkarlarla görüş keçirilib Görüşdə sahibkarlarla Yardımlı…
►►►
İqtisadiyyat / Biznes

Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir

Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir “Unibank”ın kiçik…
►►►