Kaspersky: dələduzların qurbanını olmadan şəbəkədə sevgini necə tapmalı
Onlayn tanışlıq rəqəmsal həyatın ayrılmaz hissəsinə çevrilib. Bununla yanaşı, tanışlıq tətbiqlərinin populyarlığı artdıqca kibertəhdidlər də artır. Kaspersky mütəxəssisləri istifadəçilərin üzləşə biləcəyi riskləri və dələduzlardan qorunmağın yolları haqqında məlumat verirlər.
Dərin saxtakarlıq (deepfake) və uydurma personaj (catfishing)

Uydurma personaj (catsfishing) fırıldaqçının başqasını təqlid etdiyi ən geniş yayılmış onlayn fırıldaqçılıq növlərindən biridir. Fırıldaqçılar əvvəllər real insanların oğurlanmış şəkillərindən istifadə edirdilərsə, bu gün onlar getdikcə uydurma personajların real görüntülərini və inandırıcı bioqrafiyalarını yarada bilən generativ süni intellekt modellərindən istifadə edirlər.
Hətta “təsdiqlənmiş hesab işarəsi” belə həmişə profilin həqiqiliyinə zəmanət vermir, çünki müasir texnologiyalar hətta bu yoxlamaların da öhdəsindən gələ bilir.
Mütəxəssislər tövsiyə edirlər:
- şəxsiyyəti təsdiqləmək üçün video zəng təklif edin;
- fərdi foto axtarışı aparın;
- qarşı tərəf video söhbətlərdən yayınırsa və ya formal cavablar verirsə, həyəcan təbili çalın.
Fişinq və investisiya sxemləri
Fırıldaqçıların ənənəvi üsullarından biri belədir: həftələr ərzində qarşı tərəfin etimadını qazanır və sonra ona guya bilet almaq, hədiyyə seçmək və ya aksiyada iştirak etmək üçün link göndərirlər. Belə bir linkə klikləmək fişinq səhifəsinə keçidə və ya zərərli proqramın cihaza yüklənməsinə səbəb ola bilər.
Xüsusilə təhlükəli bir sxem “Donuz qəssablığı” (Pig Butchering) kimi tanınır: fırıldaqçı tədricən etimad qazanır, əksərən kriptovalyutada olmaqla “gəlirli investisiyalar” təklif edir və sonda bundan sonra qurbanın pulu ilə birlikdə qeybə çəkilirlər.
Riskləri azaltmaq üçün mütəxəssislər tövsiyə edirlər:
- qiyabi tanıdığınız insanların göndərdikləri linklərə keçid etməyin;
- yeni tanışlarla investisiyalar və maliyyə məsələlərini müzakirə etməyin;
- anti-fişinq imkanı təmin edən təhlükəsizlik həllərindən istifadə edin.
Təqib (Stalking), doksinq və məlumat sızmaları
Fotoşəkillərin və şəxsi məlumatların dərc edilməsi təqib və ya doksinqlə, yəni şəxsin razılığı olmadan onun şəxsi məlumatlarının toplanması və yayılması ilə nəticələnə bilər.
İstifadəçilərə aşağıdakılar tövsiyə olunur:
- sosial media və tətbiqlərdə məxfilik parametrlərini yoxlayın;
- yaşayış yerini və ya işini müəyyən etmək üçün istifadə edilə biləcək fotoşəkilləri paylaşmayın;
- göndərməzdən əvvəl şəkillərdən metaməlumatları silin;
- ilk görüşdən əvvəl geolokasiyanızı yaxınınızla paylaşın və təhlükəli situasiyada “gizli söz” barədə razılığa gəlin.
İntim materiallarla şantaj
İntim fotolarla şantaj ən travmatik onlayn fırıldaqçılıq metodlarından biri olaraq qalır. Fırıldaqçılar şəxsi materialları dərc etməklə hədə-qorxu gələ və pul tələb edə bilərlər.
Mütəxəssislər tövsiyə edirlər:
- qiyabi tanıdığınız insanlara intim fotolar göndərməkdən çəkinin;
- ucdan-uca şifrələmə və mesajların avtomatik silinməsini dəstəkləyən messencerlərdən istifadə edin;
- təhdidlə üzləşərkən şantaja boyun əyməyin və mütəxəssislərdən və hüquq-mühafizə orqanlarından kömək istəyin.
“Bu gün onlayn tanışlıq yalnız münasibət qurmaq üçün bir fürsət deyil, həm də yüksək riskli zonadır. Romantik mühitlərdə dərin saxtakarlıqların, investisiya sxemlərinin və sosial mühəndislik texnikalarının istifadəsində artım müşahidə edirik. İstifadəçilərin tənqidi düşüncədən uzaqlaşmaması, şəxsi məlumatları tanımadığı insanlarla paylaşmaması və müasir təhlükəsizlik həllərindən istifadə etməsi vacibdir. Rəqəmsal sayıqlıq şəxsi təhlükəsizliyin yeni formasıdır”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.








