Unibank Şirvanda yeni filialını açıb

Azərbaycanın aparıcı banklarından olan Unibank KB ASC bölgələrdə müştərilərə daha yaxın olmaq və onlara keyfiyyətli maliyyə xidmətləri təqdim etmək məqsədilə daha bir filialını müştərilərin istifadəsinə verib.

Yeni filial Şirvan və ətraf rayonların sakinləri, eləcə də sahibkarlar üçün bütün əsas bank xidmətlərini təqdim edir. Burada müştərilərə kassa-hesablaşma əməliyyatları, biznes və pərakəndə kreditlərin verilməsi, əmanətlərin yerləşdirilməsi, plastik kartların buraxılması, nağd valyuta əməliyyatları və digər bank xidmətləri göstərilir.

Filial yeni  konsept əsasında qurulub və yüksək xidmət standartları ilə fəaliyyət göstərir. Müştərilərin rahatlığı üçün filialın qarşısında 24/7 rejimində çalışan UTM və ödəmə terminalları quraşdırılıb. Bu avadanlıqlar vasitəsilə günün istənilən vaxtı mədaxil-məxaric əməliyyatlarını, ödənişləri və digər bank xidmətlərini sürətli və rahat şəkildə həyata keçirmək mümkündür.

“Unibank”ın “Şirvan” filialı həftənin 5 günü müştərilərə xidmət edir.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə müştərilərin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir. Bəzi filiallar isə həftənin şənbə günü də saat 10.00-dan 15.00-dək müştərilərin xidmətindədir.

Unibank – Sənin Bankın!

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit

Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit Müştərilərinin…
►►►
İqtisadiyyat / Biznes

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR!

BİZNESİNİZ ÜÇÜN ETİBARLI GƏLİR MƏNBƏYİ – İLLİK 11,25%-DƏK STABİL GƏLİR! Bank…
►►►
İqtisadiyyat / Biznes

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur

Avşar Gürdal Mastercard Şərqi Avropa regionunun prezidenti təyin olunur 2015-ci ildən…
►►►